ABŞ-ın "F-35" satışına qadağa qoyarsa, Türkiyə müvafiq cavab verəcək ABŞ-ın "F-35" satışına qadağa qoyarsa, Türkiyə müvafiq cavab verəcək

Türkiyə S-400-ə sanksiya qoyacağı təqdirdə ABŞ-ı cavab tədbirləri ilə hədələyib

ABŞ-ın "F-35" satışına qadağa qoyarsa, Türkiyə müvafiq cavab verəcək

AzNews.az Twrkiy' m'tbuat;na istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alarsa, ABŞ-ın "F-35" qırıcı təyyarələrinin Türkiyəyə satışına qadağa qoyacağı barədə hədəyə münasibət bildirib.

M. Çavuşoğlu "CNN Turk" telekanalına müsahibəsində deyib ki, əgər ABŞ "F-35" qırıcı təyyarələrinin Türkiyəyə satışına qadağa qoyarsa, Türkiyə bununla bağlı müvafiq cavab tədbirləri görəcək.

Türkiyənin hazırda bu tədbirlər üzərində çalışdığını qeyd edən M. Çavuşoğlu ABŞ-ın bu qərarının yanlış və məntiqsiz olacağını vurğulayıb.

Qeyd edək ki, hazırda ABŞ Nümayəndələr Palatasında Türkiyəyə "F-35" qırıcı təyyarələrinin satışına qadağa qoyulması məsələsi müzakirə olunur.