Prezident Donald Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını bəyan etdi. Prezident Donald Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını bəyan etdi.

ABŞ İranla nüvə sazişindən çıxacaq? - Trampdan bəyanat (Yenilənib)

Prezident Donald Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını bəyan etdi.

AzNews.az xəbər verir ki, Donald Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını bəyan edib.

"İranla bağlanan nüvə sazişi bir tərəflə sazişdi və ABŞ-ın bu dəhşətli sazişdən çıxdığını elan edirəm",- deyə o qeyd edib.

Tramp həmçinin deyib ki, İrana qarşı sanksiyaları davam etdirəcək. İranla əməkdaşlıq edən ölkələrə isə xəbərdar edərək onları da "ağır nəticələr" gözlədiyini bildirib.

Xatırladaq ki, İranla nüvə sazişi 2015-ci ildə ABŞ, İran, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya arasında imzalanıb. Sazişə görə İran beynəlxalq sanksiyaların aradan qaldırılmasının qarşılığında öz nüvə proqramından imtina etməyi öhdəliyinə götürmüşdür.

***

21:36

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxmasını bəyan etmək niyyətində olduğunu bildirib.

AzNews.az bu barədə “The New York Times”-a istinadən xəbər verir.

Qəzetin yazdığına görə, ABŞ prezidenti İrana qarşı ləğv olunmuş sanksiyaları bərpa etməyi və yenilərinin tətbiqini də nəzərdən keçirir.

Qeyd edək ki, Donald Trampın mayın 8-i saat 22:00-da ABŞ-ın 2015-ci ildə İranla "altılıq" ölkələri arasında imzalanmış Əhatəli Nüvə Razılaşmasından çıxacağını rəsmən açıqlayacağı gözlənilir.