Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda maşın vuran gənc komaya düşdü

Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Kərimov Nurlan Əflatun oğlu NZS qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı koma vəziyyətinə düşüb. O, "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxananın Reanimasiya şöbəsindən verilən məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

AzNews.az