- Köhnə - Dünya
- 10 May 2018 10:50
- 3 637
Keniyada su bəndi dağıldı - 20 nəfər öldü
Keniyada "Patel" bəndində partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 20 nəfərin öldüyü bildirilir.
Yerli "Qızıl Xaç" 39 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat verib. İtkin düşənlərin də olduğu qeyd edilir.
Nakuru vilayətində baş vermiş insident nəticəsində 300-dən çox ailənin evsiz qaldığı bildirilib.
Hazırda yerli hakimiyyət bəndin partlaması ilə vurulan ziyanın miqdarını hesablayır. Bəndin dağılmasına səbəb olaraq aramsız yağışlar göstərilir.
AzNews.az