- Köhnə - Dünya
- 10 May 2018 13:27
- 5 055
Ermənistanda daha bir istefa
Ermənistanın Dövlət Əmlakı İşləri üzrə İdarəsinin rəisi Arman Saakyan istefa verdiyini açıqlayıb.
Trend-in məlumatına görə, A.Saakyan bu qərarının Nikol Paşinyanın baş nazir seçilməsi ilə əlaqədar olduğunu bildirib.
Qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra hakim Respublika partiyası parlamentdə müxalifət mövqeyinə keçib.
N.Paşinyan mayın 8-i parlamentdə keçirilmiş səsvermə nəticəsində baş nazir seçilib.
AzNews.az