Əfqanıstanın paytaxtı Kabildə törədilən iki partlayış nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Əfqanıstanın paytaxtı Kabildə törədilən iki partlayış nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

Kabildə daha iki partlayış - 10 nəfər öldü

Əfqanıstanın paytaxtı Kabildə törədilən iki partlayış nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

AZƏRTAC Pajvak agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı, həmçinin 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, mayın 9-da Kabil şəhərinin müxtəlif hissələrində - Şahri-nav və Daşti-Barçi rayonlarında yerləşən polis məntəqələri qarşısında iki partlayış törədilib. İnsidentin baş verdiyi rayonlarda atəş səsləri eşidilib. Partlayışlardan birinin məsuliyyətini İŞİD qruplaşmasının, digərinin məsuliyyətini isə “Taliban” hərəkatının öz üzərinə götürdüyü bildirilir.

2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

AzNews.az