- Köhnə - Dünya
- 10 May 2018 17:19
- 2 719
“Üçüncü dünya müharibəsi olmayacaq, çünki...” - Bəşər Əsəd
“Rusiya tərəfi Suriyadakı münaqişənin üçüncü dünya müharibəsinə çevrilməsinə imkan verməyəcək”.
APA-nın məlumatına görə, bunu SANA agentliyinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.
“Üçüncü dünya müharibəsi olmayacaq, çünki Rusiyada müdrik rəhbərlik var. Hazırda Rusiya-ABŞ münasibətləri “soyuq müharibə”dən də pisdir. Ümid edirəm ki, bu ölkələr arasında birbaşa münaqişənin şahidi olmayacağıq”, - deyə o vurğulayıb.
AzNews.az