- Köhnə - Dünya
- 10 May 2018 18:43
- 4 255
İnternet istifadəçilərindən milyardlarla dollar oğurlanıb - Ən çox hansı ölkə ziyan görüb?
İnternet istifadəçilərindən oğurluq hallarına görə Çin birinci yer tutur.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2017-ci ildə dünyanın 20 ölkəsindən 978 milyon istifadəçi fırıldaqçıların qurbanı olub.
İnternet istifadəçilərindən oğurlanmış məbləğin həcmi 172 milyard dollara bərabərdir.
Məlumata görə, ən çox çinli istifadəçilər zərər görüb: 353 milyon nəfər ümumilikdə 66 milyard dollar itirib.
Əksər hallarda hakerlərin qurbanı evdə və işdə çoxlu sayda qurğudan istifadə edən və eyni zamanda kibertəhlükəsizliyin əsasları haqda zəif təsəvvürə malik insanlar olurlar.
Kibercinayətkarlıqla bağlı məlumatlar yalnız dünyanın 20 ölkəsi üzrə əlçatandır. Həmin ölkələr aşağıdakılardır: Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Honkonq, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kanada, Çin, Meksika, Niderland, Yeni Zelandiya, BƏƏ, Sinqapur, ABŞ, İsveç, Fransa və Yaponiya.