- Köhnə - Dünya
- 11 May 2018 16:35
- 8 150
Türkiyənin baş naziri Paşinyanın bəyanatına münasibət bildirdi
Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirib.
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Binəli Yıldırım, Paşinyanın “Türkiyə ilə şərtsiz diplomatik əlaqələr qurmağa hazırıq” açıqlamasına münasibət bildirib.
B. Yıldırım bildirib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığına qarşı iddialarından əl çəkməlidir. Yalnız bundan sonra bu barədə danışmaq olar.