Ukrayna Ali Radasında Qələbə gününün 9 maydan 8 maya keçirilməsi haqqında qanun layihəsi daxil olub. Ukrayna Ali Radasında Qələbə gününün 9 maydan 8 maya keçirilməsi haqqında qanun layihəsi daxil olub.

Bu ölkədə 9 may qələbə günü ləğv olunur

Ukrayna Ali Radasında Qələbə gününün 9 maydan 8 maya keçirilməsi haqqında qanun layihəsi daxil olub.

AzNews.az xəbər verir ki, qanun layihəsi Ukrayna parlamentinin rəsmi saytında yerləşdirilib.

Sənədin müəllifi heç bir fraksiyanın üzü olmayan deputat Andrey Denisenkodur.

Denisenko hesab edir ki, 9 May tarixi geosiyasi və ideoloji çalara malikdir və bu tarix Rusiyanı faşizm üzərində qələbə çalan super dövlət iddiası ilə assosiasiya edilir.

Qanun layihəsinin müəllifi, həmçinin tarixi ədaləti bərpa etmək üçün Böyük Britaniya, ABŞ və Antihitler koalisiyasının digər ölkələrinin İkinci Dünya Müharibəsində rolunu etiraf etməyi təklif edib. (sputnik.az)