- Köhnə - Dünya
- 12 May 2018 09:06
- 3 350
Yaponiyada 5,1 bal gücündə zəlzələ olub
Yaponiyanın şimal-qərbində, Naqano prefekturasında 5,1 bal gücündə zəlzələ olub.
AzNews.az-ın məlumatına görə, zəlzələ 12 müxtəlif prefekturada hiss olunub. Ocağın dərinliyi 10 km olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Tsunami təhlükəsi elan olunmayıb.