- Köhnə - Dünya
- 12 May 2018 17:39
- 4 012
“Facebook” öz kriptovalyutasını yaradır
“Facebook” sosial şəbəkəsi öz kriptovalyutasını təqdim etmək imkanını nəzərdən keçirir.
AzNews.az ICTnews-a istinadən xəbər verir ki, şirkət təxminən 1 il bundan əvvəl sözügedən texnologiyaları caraşdırmağa başlayıb.
O zaman bu məsələ ilə şirkətin yeganə əməkdaşı məşğul olurdu. Amma bu həftə sosial şəbəkə blokçeyn, mayninq və kriptovalyutanın dövriyyəsinin öyrənilməsi üzrə ixtisaslaşmış və təxminən 10 nəfərdən ibarət komanda yaradıb.
Təxmin edilir ki, kriptovalyutanın tətbiqi sözügedən sosial şəbəkənin istifadəçilərinə elektron ödənişlər etmək imkanı verəcək. Hazırda komandanın işinin təfərrüatları məxfi saxlanılır.