- Köhnə - Dünya
- 12 May 2018 17:52
- 5 830
Neftin qiymətinin bahalaşmasına görə İspaniya büdcəsi 5,5 milyard avro itirəcək
İspaniya ildə 450 milyon barel neft idxal edir.
2017-ci ildə bu ölkə orta hesabla hər barel üçün 55 dollar ödəyirdisə, 2018-ci ildə bu rəqəmin 70 dollara bərabər olacağı proqnozlaşdırılır. Bu qiymətləri nəzər aldıqda, 2018-ci ildə İspaniyanın neft məhsullarına xərclədiyi məbləğ 2017-ci illə müqayisədə 5,5 milyard avro çox olacaq.
AZƏRTAC-ın məlumatına görə, İspaniya mətbuatında çıxış edən ekspertlər bildirirlər ki, neftin qiymətinin yüksəlməsi ilə ölkədə iqtisadi artım tempi aşağı düşəcək. Bundan başqa bahalaşan enerji daşıyıcıları ümumi inflyasiyaya gətirib çıxaracaq ki, bu da əhalinin alıcılıq qabiliyyətinə təsir göstərəcək. 2017-ci ildə 2016-cı illə müqayisədə enerji daşıyıcılarının qiyməti 36 faiz bahalaşmışdı.
AzNews.az