- Köhnə - Dünya
- 12 May 2018 23:22
- 8 091
Tbilisidə keçirilən etiraz aksiyası səhərə qədər davam edəcək - Yenilənib
Tbilisidə davam edən etiraz aksiyasına ölkənin bölgələrindən də dəstək verilir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, aksiyaya dəstək məqsədilə Kutaisidən paytaxta 80 nəfər gəlib.
Aksiyaya habelə Qori, Zestafoni, Kaspi və digər iri rayonların sakinləri də qoşulublar. Aksiyaçılar baş nazir Georqi Kvirikaşvilini polisin gecə klubunda keçirdiyi xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağı tələb etsələr də, buna görə ona saat 22:00-dək vaxt versələr də, baş nazir ultimatuma hər hansı reaksiya verməyib.
Hazırda Gürcüstan paytaxtında yağıntılı havanın olmasına baxmayaraq, etirazçılar aksiyanı davam etdirəcəklərini bildiriblər.
Etirazçılara yağış keçirməyən xususi plaş paltarlar paylanılıb. Yağışlı hava şəraitinəı baxmayaraq, aksiya səhərə qədər davam edəcək.
***
22:45
Gürcüstan Daxili İşlər Nazirliyinin mayın 11-də gecə paytaxt Tbilisidə keçirdiyi əməliyyatlara etirazlar davam edir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, "Belıy şum" (Ağ səs) İctimai birliyinin Gurcüstan parlamentinin binası önündə təşkil etdiyi aksiyada 1000 nəfərdən çox adam iştirak edir.
Paytaxtın Rustaveli prospektində avtomobillərin hərəkəti tam dayanıb. Əraziyə xeyli sayda polis cəlb olunub.
Bir azdan aksiyaya "Gürcü marşı" İctimai Birliyinin də qoşulacağı bildirilir.
Aksiya iştirakçıları baş nazir Georgi Kvirikaşvilinin və daxili işlər naziri Qeorgi Qaxariyanın, eləcə də yüksək vəzifəli daha bir neçə şəxsin istefasını tələb edirlər. Aksiyanın səhər daha geniş şəkildə davam edəcəyi bildirilir.
Məlumat üçün qeyd edək ki, Gürcüstan polisi dünən gecə paytaxtdakı "Qalleri" və "Bassiani" gecə klublarında narkotiklərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə nəfərdən narkotik maddə götürülüb, faktla bağlı 8 nəfər saxlanılıb.
Aksiya iştirakçıları isə narkotik vasitələrin barlara polis tərəfindən atıldığını iddia edirlər. Gürcüstan polisi saxlanılan şəxslərin azad edildiyini bəyan edib.
***
21:23
Tbilisidə parlament binası qarşısında davam edən aksiyanın təşkilatçıları baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağa çağırıblar.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, təşkilatçılar baş nazirə bəyanatla çıxış etməsi üçün saat 22:00-a qədər vaxt veriblər. Əks halda aksiya gecə saatlarında da davam etdiriləcək və çadırlar qurulacaq.
Polis aksiya təşkilatçılarına çadırların qurulmasına icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.
Tbilisi meri Kaxa Kaladze baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış edəcək.
Qeyd edək ki, ötən gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb.
***
20:17
Tbilisidə parlament binası qarşısında gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq təşkil olunmuş aksiya davam edir.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya iştirakçıları mərkəzi Rustaveli prospektini bağlayıblar. Onlar hökumət rəsmiləri ilə görüş tələb edirlər.
Batumi və Kutaisi şəhərlərindən də aksiyaya qatılanların olacağı bildirilib. Aksiyanın keçirildiyi yerə yaxın əraziyə xüsusi təyinatlılardan ibarət qrup cəlb olunub.
Sosial şəbəkələrdə istifadəçilər tərəfindən şəhərin mərkəzi küçələrində su şırnağı texnikasının əks olunduğu fotoşəkillər yayılıb.
Qeyd edək ki, ötən gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb.
AzNews.az