- Köhnə - Dünya
- 13 May 2018 12:34
- 7 816
"Eurovision"da qalmaqal - Səhnəyə qaçıb... (Foto + Video)
Lissabonda keçirilən "Eurovision" səhnəsində gözlənilməz hadisə baş verib.
AzNews.az xəbər verir ki, doqquzuncu nömrə ilə çıxış Britaniya təmsilçisi Surienin performansı zamanı bir nəfər səhnəyə çıxaraq mikrofonu müğənninin əlindən alıb və bu sözləri deyib:
"Biz Britaniya mediasının Nasistləri olaraq, azadlıq tələb edirik".
Tezliklə yerli mühafizə xidmətinin əməkdaşları onu səhnədən uzaqlaşdırıblar. Bütün bunlara baxmayaraq ingilis təmsilçi öz çıxışını davam etdirib.
Həmin şəxsin musiqi jurnalisti Kris Loçeri olduğu bildirilir.

BBC-nin şərhçisi və məşhur şoumen Graham Norton Surienin çıxışı barədə bunları deyib: "Surie bütün olanlara baxmayaraq özünü itirmədi və əla çıxış etdi".
"Eurovision"-un ənənəvi qaydalarına görə ingilis təmsilçiyə yenidən çıxış etmək təklif olunub. O isə bu təklifi qəbul etməyib.
Surie baş verənlər barədə öz Tvitter hesabında fikrini bu cür bildirib:
"Mən həmişə demişəm, "Eurovision"da hər zaman nəsə baş verə bilər..."

Qeyd edək ki, final mərhələsi 26 ölkə təmsilçisi arasında keçirilib. "Eurovision" 2018-in qalibi "Toy" mahnısı ilə çıxış edən 25 yaşlı Netta Barzilai olub.
Görüntüləri sizə təqdim edirik: