Əfqanıstanda terrorçular partlayış törətdi - 6 ölü, 20 yaralı

Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində gömrük idarəsinin binasının yaxınlığında partlayış törədilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Nangarhar əyaləti üzrə dövlət rəsmisi Attahullah Xogyani məlumat verib.

Silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb.

İlkin məlumatlara görə, hadisə terrorçu-intiharçılar tərəfindən törədilib.

Partlayışdan sonra bir qrup silahlı şəxs binaya hücum edib. Təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar davam edir.

Hələlik regionda fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.