Almaniyada zəlzələ oldu

Almaniyada 4,0 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yerli vaxtla saat 02:43-də qeydə alınan yeraltı təkanların episentri Çexiya ilə sərhəddə yerləşən Oelşnits şəhərindən 3 km cənub-şərqdə, ocağı 9 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

AzNews.az