Təbii fəlakət nəticəsində 60-dan çox adam öldü

Hindistanın müxtəlif rayonlarında hökm sürən qum qasırğaları, ardınca leysan yağışları insan tələfatı və ağır dağıntılara yol açıb.

Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 60-da çox adam həyatını itirib.

Təbii fəlakətdən daha çox ziyan çəkən Uttar-Pradeş, Andxra-Pradeş, Qərbi Benqaliya, eləcə də Dehlinin ətraf rayonları olub.

Daha çox insan tələfatı isə Uttar-Pradeş rayonunda qeydə alınıb, burada 38 nəfər ölüb. Burada qum qasırğası və leysan yağışları 10 evi tamamilə dağıdıb.

AzNews.az