İŞİD-in qərargahı və logistika mərkəzi dağıdıldı

İraqın Hərbi-Hava Qüvvələri Suriyada İŞİD terror təşkilatının obyektlərinə zərbələr endirib.

Trend-in məlumatına görə, F-16 qırıcıları terrorçuların idarəetmə qərargahını və logistika mərkəzini məhv edib.

Zərbələrin təfərrüatları barədə digər məlumatlar verilməyib.

Qeyd olunur ki, Suriya ilə razılaşdırılmış aviazərbələr terror təşkilatı tam zərərsizləşdirilənədək davam edəcək.

AzNews.az