Londonda Ərdoğana hücum oldu

Londonda polis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanına hücum etməyə çalışan PKK tərəfdarlarına müdaxilə edib.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, müdaxilə zamanı polislərə və avtomobillərə də hücum edən terror qruplaşması tərəfdarlarından bəziləri saxlanılıb.

PKK tərəfdarlarının əllərində qruplaşmanın bayraqları və “Tamam” yazılmış plakatlar diqqət çəkib.