Türkiyədə 3 günlük matəm elan olundu - Foto

Türkiyədə Qəzza zolağında baş verən bu günkünkü hadisələrə görə 3 günlük matəm olunub.

AzNews.az xəbər verir ki, bu barədə Baş nazir köməkçisi, hökümətin sözçüsü Bekir Bozdağ açıqlama verib:

"Fələstinlilərlə birlik içərisində olmaq, şəhidləri yad etmək məqsədi ilə ölkədə 3 günlük matəm elan olunmasına qərar verilib".

Qeyd edək ki, bu gün Qəzza zolağında baş verən toqquşmalarda İsrail əsgərləri tərəfindən 55 fələstinli ölüb və 2771 nəfər yaralanıb.