- Köhnə - Dünya
- 15 May 2018 14:10
- 3 777
“İsraillə münasibətlərinizə yenidən baxın” - Binəli Yıldırım
Türkiyə müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırır.
Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Baş nazir bildirib ki, Türkiyə İsrailin fələstinlilərə qarşı fəaliyyətini kəskin şəkildə pisləyir: "Türkiyə əvvəllər də olduğu kimi Fələstini dəstəkləyəcək".
Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Ötən gün İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Son məlumata görə, qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.
AzNews.az