- Köhnə - Dünya
- 17 May 2018 13:16
- 2 880
Yaponiyada 44 milyon dollarlıq qızıl ələ keçdi
 
            Yaponiyada genişmiqyaslı əməliyyat keçirilib.
Trend-in məlumatına görə, əməliyyat nəticəsində ölkəyə 44 milyon dollarlıq qızıl gətirən qaçaqmalçı şəbəkə ələ keçib.
Bildirlir ki, qanunsuz yolla ölkəyə gətirilən 4,8 milyard iyen dəyərində qızılla bağlı 7 nəfərdən ibarət dəstə yaxalanıb.
Polisin məlumatına görə, qızıl Honkonqdan iki konteynerlə gətirilib. Belə ki, burada qızılın qiyməti ucuz olduğundan qaçaqmalçılar onu Tokioya gətirib satmaq istəyirmiş.
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            