2019-cu ildə “Apple” şirkəti 3 kameralı smartfonunu təqdim edəcək. 2019-cu ildə “Apple” şirkəti 3 kameralı smartfonunu təqdim edəcək.

3 kameralı “iPhone” gəlir

2019-cu ildə “Apple” şirkəti 3 kameralı smartfonunu təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, bu haqda “Economic Daily News” nəşri məlumat yayıb.

Məlumata görə, yeni qurğunun dizaynı artıq internetdə əlçatandır. Üç kamera ənənəvi yerdə yerləşdiriləcək. Belə kameranın stereoskopik “3D” görüntü üçün istifadə olunacağı bildirilir. İki obyektiv müxtəlif bucaqlardan obyektin təsvirini qeydə alacaq, üçüncü obyektiv isə daha güclü miqyası böyütmə üçün nəzərdə tutulub.

AzNews.az