ABŞ-ın Detroit şəhərində çılğın qaz “Los Anceles Eyncelz” və “Detroit Tayqers” komandaları arasında keçirilən beysbol matçına müdaxilə edib. ABŞ-ın Detroit şəhərində çılğın qaz “Los Anceles Eyncelz” və “Detroit Tayqers” komandaları arasında keçirilən beysbol matçına müdaxilə edib.

Çılğın qaz bir anda ulduza çevrildi - Video

ABŞ-ın Detroit şəhərində çılğın qaz “Los Anceles Eyncelz” və “Detroit Tayqers” komandaları arasında keçirilən beysbol matçına müdaxilə edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Ren TV” məlumat yayıb.

Quş meydana təsadüfən çıxıb və yaşıl ot örtüyü boyunca qaçaraq, idmançılara mane olub.

Qazı hər dəfə tutmağa çalışan zaman, qanad alaraq onu təqib edən şəxsdən uzaqlaşıb.

Bir müddətdən sonra quş hesab tablosu ilə toqquşaraq, tribunaya yıxılıb.

Stadionun əməkdaşları sonda qazı cilovlaya bilib.

Görüntüləri sizə təqdim edirik:

AzNews.az