14 yaşlı fələstinli Məhəmməd əl Kürdü Amerika prezidenti Barak Obamaya məktub yazıb 14 yaşlı fələstinli Məhəmməd əl Kürdü Amerika prezidenti Barak Obamaya məktub yazıb

“Sevgili Obama”ya MƏKTUB

14 yaşlı fələstinli Məhəmməd əl Kürdü Amerika prezidenti Barak Obamaya məktub yazıb




"The Guardian" qəzetində dərc olunan məktubunda yeniyetmə Obamaya "sevgili prezident Obama" deyə müraciət edib: "14 yaşındayam və Qüdsdəki Şeyx Cərrah məhəlləsində yaşayıram. İsrail məhkəməsinin qərarından dəstək alan israillilər 4 il öncə ailəmi evimizin bir hissəsindən çıxarıb.
Bu məhəllə bir zamanlar gözəl idi, yatmağa gedərkən əsla qorxmazdıq. İndi artıq bir Fələstin məhəlləsi deyil. Bütün işarələr, mahnılar hər şey ibricədir. Hörmətli prezident, bunu dəyişdirmək gücünüz var. Ümid edirəm ki, siz evlərimiz əlimizdən alınıb, uşaqlar həbs edilərkən səssiz qalmayacaqsınız".

Elnarə Əlosmanqızı
AzNews.az