Beynəlxalq astronomlar qrupu yaxın illərdə yadplanetlilərlə ünsiyyət üçün dünyada ilk universal dil hazırlamağı planlaşdırır. Beynəlxalq astronomlar qrupu yaxın illərdə yadplanetlilərlə ünsiyyət üçün dünyada ilk universal dil hazırlamağı planlaşdırır.

Yadplanetlilərlə ünsiyyət dili hazırlanacaq

Beynəlxalq astronomlar qrupu yaxın illərdə yadplanetlilərlə ünsiyyət üçün dünyada ilk universal dil hazırlamağı planlaşdırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “SETI” layihəsini təmsil edən alim linqvistlərin fikrincə, hazırlanan “qalaktikalararası” dil yadplanetlilərin Yer kürəsinə eniş edəcəyi təqdirdə onlara mühitə daha tez alışmağa imkan verəcək.

Məlumata görə, “SETI” layihəsinin astronomları son əlli ildə yerdənkənar sivilizasiyalarla əlaqə yaratmağa çalışırlar. Onlar ABŞ Kosmik Agentliyi (NASA) ilə əməkdaşlıqda universal dilin hazırlanması ilə təxminən 20 il məşğul olmağı nəzərdə tuturlar.

Astronomlar işi tamamladıqdan sonra güclü ötürücülər vasitəsilə kosmosa gəlmələr üçün yenidən məlumatlar göndərəcəklər.

AzNews.az