- Köhnə - Dünya
- 4 İyun 2018 14:30
- 2 917
“Ərdoğan müsəlman ölkələrinin ümididir” - Çavuşoğlu
 
            Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin ümididir.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona səfəri zamanı deyib.
M.Çavuşoğlu həmçinin ABŞ-da yaşayan Türkiyə vətəndaşlarını 24 iyunda keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırıb:
“Bu seçkilər Türkiyə üçün çox vacib və ən taleyüklü seçkilər hesab olunur”.
Qeyd edək ki, iyun ayının 24-ü Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək.
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            