Krım yarımadasında quraqlıq hökm sürməsi səbəbindən fövqəladə vəziyyət elan edilib. Krım yarımadasında quraqlıq hökm sürməsi səbəbindən fövqəladə vəziyyət elan edilib.

Krımda fövqəladə vəziyyət elan edildi

Krım yarımadasında quraqlıq hökm sürməsi səbəbindən fövqəladə vəziyyət elan edilib.

“Qafqazinfo” “Dünya bültteni”nə istinadən xəbər verir ki, quraqlıq daha çox Kurman, İçki, Curçi və Seyidlər bölgələrində yaşanır.

Qarasubazar bölgəsindəki su anbarında su səviyyəsi aşağı enib, kənd təsürrafatına ziyan dəyib.

Krım rəhbərliyi təsərrüfatına ziyan dəyənlərə təzminat ödənəcəyini açıqlayıb.

Məlumat üçün bildirək ki, Krımın su təminatının 80 faizi Şimali Krım kanalı, 20 faizi isə su anbarları vasitəsilə həyata keçirilirdi. Lakin, yarımadanın Rusiya tərəfindən işğalından sonra Şimali Krım kanalından su ötürülməsi dayandırılıb.

AzNews.az