NATO Türkiyə ilə ABŞ arasında Suriyanın Mənbic bölgəsi ilə bağlı razılaşmanın əldə olunmasını alqışlayır. NATO Türkiyə ilə ABŞ arasında Suriyanın Mənbic bölgəsi ilə bağlı razılaşmanın əldə olunmasını alqışlayır.

NATO Türkiyə ilə ABŞ-ın Mənbic razılaşmasını alqışlayır

NATO Türkiyə ilə ABŞ arasında Suriyanın Mənbic bölgəsi ilə bağlı razılaşmanın əldə olunmasını alqışlayır.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq bildirib ki, bu razılaşma Vaşinqton üçün də çox vacibdir.

Baş katibin sözlərinə görə, Türkiyə NATO-nun vacib tərəfdaşıdır və terrorçuluğa qarşı fəal mübarizə aparan ölkədir.

Qeyd edək ki, ötən gün ABŞ və Türkiyə Mənbiclə bağlı “yol xəritəsi”ni razılaşdırıblar.

AzNews.az