Trampdan maraqlı addım - Yoldaşını sammitə niyə aparmır?

ABŞ prezidenti Donald Tramp sabah Kanadanın Kvebek şəhərində keçiriləcək “G7” sammitinə həyat yoldaşı Melaniya Trampı aparmayacaq.

“Qafqazinfo” “gazeta.ru”ya istinadən xəbər verir ki, buna səbəb Melaniyanın həkiminin onun uçuşuna icazə verməməsidir.

Ötən ayın ortalarında böyrəyindən əməliyyat olan birinci xanıma 1 ay ərzində təyyarə ilə səfər etməməsi tövsiyə edilib. Bu səbəbdən Donald Tramp həyat yoldaşını həm “GT” sammitinə, həm də 12 iyunda Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşə aparmayacaq.

AzNews.az