Banqladeşlilər ölkənin rəhbərini itiriblər

Banqladeş prezidenti Zillur Rəhman vəfat edib. O, mart ayının 11-dən Sinqapurda Mount Elizabeth xəstəxanasında tənəffüs yolları narahatlığı və digər fəsadlar səbəbi ilə müalicə olunurmuş. Mərhum prezident 83 yaşında dünyasını dəyişib. Türkiyənin Dəkkədəki səfiri Hüseyn Müftüoğlu Bangladeş prezidenti Zillur Rəhmanın yerli saatla 16.47- də həyatını itirdiyinin bəyan ediliyini bildirib. Məlumat üçün deyək ki, Rəhman 2009-cu ilin fevral ayından ölkəyə rəhbərlik edirmiş.

Xəyalə Məmmədova
AzNews.az