İngiltərədə xüsusi bir akvariumda sərgilənən nəhəng xərçəng qonaqların böyük marağına səbəb olub. İngiltərədə xüsusi bir akvariumda sərgilənən nəhəng xərçəng qonaqların böyük marağına səbəb olub.

Görənləri heyrətə gətirdi

İngiltərədə xüsusi bir akvariumda sərgilənən nəhəng xərçəng qonaqların böyük marağına səbəb olub.



``Blackpool Dəniz Həyatı`` mərkəzinə gətirilən nəhəng Yapon hörümçək xərçəngi 2.7 metr olan ayaqları ilə görənləri heyrətə gətirib.

"Big Daddy" adı verilən xərçəngin yerləşdirildiyi xüsusi hovuzda kefinin yerində olduğunu söyləyən baxıcı Scott Blacker ziyarətçilərin onu daha yaxından görməsi üçün hər bir şərait yaradıldığını bildirib. Onun sözlərinə görə, insanların iki ayaq arası uzunluğunun 6 metrə yaxınlaşan Big Daddini daha yaxından görməsi üçün xüsusi bir cihaz hazırlanıb. Mərkəz nümayəndələri Yaponiya çöllərində suyun dərinliyində yaşayan hörümçək xərçənglərinin tam böyümə vaxtına çatanda ayaq uzunluqlarının 3.6 metrə çatdığını bildirib.

Dənizdə ölü balıq qalıqları ilə qidalanan hörümçək xərçənglərin ortalama yaşama müddətinin 55 il olduğu qeyd edilir. Səlahiyyətlilər akvariumda saxladıqları Big Daddinin yaşının hələ aydınlaşdırıla bilmədiyini vurğulayıblar. Həmçinin, onlar Big Daddy üçün mərkəzdə lazımı şəraitin yaradıldığını da ifadə ediblər.

Xəyalə Məmmədova
AzNews.az