BƏƏ-nin Nazirlər Şurası Yəmənin Hudeydə liman şəhəri üzərində nəzarətin ələ keçirilməsi üçün hərbi əməliyyatlara başlandığını elan edib. BƏƏ-nin Nazirlər Şurası Yəmənin Hudeydə liman şəhəri üzərində nəzarətin ələ keçirilməsi üçün hərbi əməliyyatlara başlandığını elan edib.

Yəməndə vəziyyət qarışır - BƏƏ əməliyyatlara başladı

BƏƏ-nin Nazirlər Şurası Yəmənin Hudeydə liman şəhəri üzərində nəzarətin ələ keçirilməsi üçün hərbi əməliyyatlara başlandığını elan edib.

Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı əmirliyin WAM informasiya agentliyi məlumat yayıb.

"Yəmənin qanuni hökumətinin müraciəti əsasında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası tərkibində olan silahlı qüvvələrimiz Hudeydə şəhər və limanının husilərdən azad edilməsi üzrə əməliyyata başlayır", — deyə BƏƏ-nin Nazirlər Şurasının bəyanatında bildirilir.

Bundan əvvəl Səudiyyə Ərəbistanı qoşunları Hudeydə şəhərinə hücuma keçib.