Türkiyənin Siirt əyalətinin Eruh rayonunda partlayış baş verib. Türkiyənin Siirt əyalətinin Eruh rayonunda partlayış baş verib.

Türkiyədə mina partlayıb, 1 hərbçi ölüb, 2-si yaralanıb

Türkiyənin Siirt əyalətinin Eruh rayonunda partlayış baş verib.

APA-nın “AHaber”-ə istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən küçəyə quraşdırılmış mina partlayıb.

Hadisə nəticəsində yaralanan 3 hərbçi dövlət xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib. Digər 2 hərbçinin isə müalicəsi davam etdirilir.

Hazırda ərazidə əməliyyat həyata keçirilir.