Somali 17 iranlı dənizçini azad edib. Somali 17 iranlı dənizçini azad edib.

Somali iranlı dənizçiləri azad etdi

Somali 17 iranlı dənizçini azad edib.

APA-nın Tehran bürosunun məlumatına görə, 9 ay öncə Somali sularına qanunsuz daxil olduqları üçün həbs olunan 17 iranlı dənizçi bu gün sərbəst buraxılıb və Tehrana qayıdıb.

Dənizçilər yerli məhkəmə tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilib və cərimələniblər.

Qeyd edək ki, dənizçilər həbs olunarkən Somali hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlı insident baş vermişdi. Həmin vaxt gəminin kapitanı həlak olub.

AzNews.az