Rusiyanın Uzaq Şərq regionunda meşə yanğınları son sutka ərzində 19 minə yaxın hektar meşə sahəsini məhv edib. Rusiyanın Uzaq Şərq regionunda meşə yanğınları son sutka ərzində 19 minə yaxın hektar meşə sahəsini məhv edib.

Rusiyada bir gündə 19 min hektar meşə yanıb

Rusiyanın Uzaq Şərq regionunda meşə yanğınları son sutka ərzində 19 minə yaxın hektar meşə sahəsini məhv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, indiyədək bölgədə 18,6 min hektardan çox sahəni əhatə edən 51 yanğın ocağı qeydə alınıb.

Hazırda Yakutiyada 38, Maqadan vilayətində 8, Çukotkada - 4, Kamçatkada isə 1 meşə yanğını davam edir.

Yakutiyanın iki rayonunda fövqəladə vəziyyət rejimi, daha 12-də yanğına qarşı xüsusi rejim tətbiq edilib.