Seul və Pxenyan birləşir?

Seul və Pxenyan dəmir yolu xətlərinin birləşdirilməsi məsələsini araşdıracaq.

"Report" TASS-a istinadən xəbər verir ki, Cənubi Koreya ilə Şimali Koreya yayda dəmir yolu xətlərinin müasirləşdirilməsi, o cümlədən sonradan onların birləşdirilməsi barədə birgə araşdırma aparmaq niyyətindədir.

bu barədə razılıq bu gün iki ölkənin nəqliyyat nazirlərinin müavinlərinin Phanmuncom sərhəd məntəqəsində keçirdiyi görüşün yükununda əldə olunub.

Qeyd olunur ki, birgə araşdırma qrupunun işi iyulun sonunda başlayacaq. Onlar, ilk növbədə, Koreya yarımadasının qərbində mövcud olan və Seulun cənub hissəsi ilə Şimali Koreyanın Sinıycu sərhəd şəhəri arasındakı dəmir yolu xəttinin vəziyyətini yoxlayacaqlar.

Bundan sonra mütəxəssislər Koreya yarımadasının şərq hissəsində birləşmiş bir dəmir yolu əlaqəsinin təşkili məsələsini öyrənməyə başlayacaqlar. İndi orada heç bir xətt yoxdur.

AzNews.az