- Köhnə - Dünya
- 28 İyun 2018 12:25
- 2 690
Maduro ABŞ vitse-prezidentini “zəhərli gürzə” adlandırdı
Venesuela lideri Nikolas Maduro ABŞ-ın vitse-prezidenti Maykl Pensin ünvanına sərt sözlər işlədib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, prezident televiziyada çıxışı zamanı Pensi “zəhərli gürzə” adlandırıb: “Zəhərli gürzə Maykl Pens hər dəfə ağzını açanda mən özümü daha da güclü hiss edirəm”.
Daha sonra Maduro ABŞ-ı onu hakimiyyətdən devirmək cəhdlərində ittiham edib və bunun qarşısını alacağına söz verib: “Biz qələbə qazandıq. Harada olsanız da, sizi məğlub edəcəyik”.
AzNews.az