Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilmiş sammitində Rusiyaya qarşı sanksiya müddətinin yarım il də uzadılmasına dair qərar qəbul edilib. Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilmiş sammitində Rusiyaya qarşı sanksiya müddətinin yarım il də uzadılmasına dair qərar qəbul edilib.

Aİ Rusiyaya qarşı sanksiyanın müddətini uzatdı

Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilmiş sammitində Rusiyaya qarşı sanksiya müddətinin yarım il də uzadılmasına dair qərar qəbul edilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Sammitdə Rusiya, Ukrayna, Minsk razılaşmaları barəsində qısa müzakirələr keçirildi. Nəticə isə Rusiyaya qarşı sanksiyaların daha 6 ay da uzadılması oldu”, - deyə agentliyə məlumat verən mənbə bildirib.

Qeyd edək ki, Aİ, ABŞ və digər ölkələr 2014-cü ildən Krım məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiqinə başlayıb.

AzNews.az