- Köhnə - Dünya
- 2 İyul 2018 09:34
- 3 816
Ərdoğanın inauqurasiya mərasiminin vaxtı açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi iyulun 9-da keçiriləcək.
Trend-in məlumatına görə, 1 gün öncə isə Türkiyə Parlamenti deputatlarının andiçmə mərasimi keçiriləcək.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib.
Seçicilərin 87 faizi səsvermədə iştirak edib.
R.T.Ərdoğan prezident seçkilərində seçicilərin səslərinin 52,82 faizini toplayaraq yenidən Türkiyə Prezidenti seçilib.
AzNews.az