ABŞ-ın tələbi ilə 50-dən çox xarici şirkət İran bazarını tərk etmək niyyətindədir. ABŞ-ın tələbi ilə 50-dən çox xarici şirkət İran bazarını tərk etmək niyyətindədir.

Xarici şirkətlər İranı tərk edir - Səbəb?

ABŞ-ın tələbi ilə 50-dən çox xarici şirkət İran bazarını tərk etmək niyyətindədir.

Oxu.Az-ın RİA “Novosti”yə istinadla xəbərinə görə, bu barədə Dövlət Departamentinin siyasi planlaşma bölməsinin direktoru Brayan Huk bəyan edib.

Dövlət Departamentində keçirilən brifinqdə Huk deyib ki, sözügedən şirkətlərin əksəriyyəti energetika və maliyyə sektorunda fəaliyyət göstərir.

Qeyd edək ki, Donald Trampın ABŞ-ın İranla nüvə sazişini tərk etməsi barədə bəyanatından sonra Vaşinqton İrana qarşı sanksiyaları yenidən tətbiq etmək niyyətindədir. Bu sanksiyalar Tehranla iqtisadi sahədə əməkdaşlıq edən şirkətləri də əhatə edəcək.

AzNews.az