Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Brent nefti Liviyadakı hadisələrə görə bahalaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Liviyanın Milli Neft Şirkəti (National Oil Corp., NOC) Zuetin və Xariqe limanlarında xammalın nəqlində yaranan problemə görə fors-major elan edib. NOC xəbərdarlıq edib ki, əgər limanlardakı blokada davam edərsə, Liviyada neft hasilatı sutkalıq 850 min barrelə düşə bilər.

Liviyada baş verənlər fonunda London İCE birjasında Brent markalı neft 0,757 faiz bahalaşaraq barreli 77,88 dollar olub.

WTI markalı neft 1,137 faiz bahalaşaraq barreli 74,79 dollara satılıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 1,3 dollar ucuzlaşaraq 79,23 dollar olub.

AzNews.az