- Köhnə - Dünya
- 4 İyul 2018 15:07
- 2 922
“Taliban” polislərə hücum etdi - 6 nəfər öldürüldü
Əfqanıstanın paytaxtı Kabildə "Taliban" radikal qruplaşması polis əməkdaşlarına hücum edib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 6 polis qətlə yetirilib.
Daha dörd nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Əfqanıstan prezidenti Əşrəf Qəni "Taliban"la atəşkəs rejiminin dayandırıldığını və hərbi əməliyyatların bərpa edildiyini bildirmişdi.
AzNews.az