- Köhnə - Dünya
- 4 İyul 2018 20:31
- 1 652
Kanadada qadın avtobusda sərnişinlərə bıçaqla hücum etdi
Kanadanın Ontario əyalətində bıçaqla silahlanmış qadın avtobusda sərnişinlərə hücum edib.
Trend-in məlumatına görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Qeyd olunur ki, həmin qadın polis tərəfindən saxlanılıb. Hadisənin motivləri məlum deyil.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı deyilir.
AzNews.az