- Köhnə - Dünya
- 5 İyul 2018 09:21
- 3 530
Çində təyyarə qəzası - Ölən var
 
            Çinin cənubunda, Xaynan vilayətində kiçik amfibiya təyyarəsi qəzaya uğrayıb.
Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə itkin düşüb.
Qəza təlim uçuşu zamanı Vannin şəhərində baş verib. Təyyarənin göyərtəsində iki pilot olub.
İkinci pilotun axtarışları davam etdirilir. Qəzanın səbəbləri araşdırılır.
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            