Hindistan kosmosda təxliyə apardı

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı kosmik gəmidən insanların təxliyəsini həyata keçirib.

Trend-in məlumatına görə, təxliyə sınağı qəza vəziyyətində heyət üzvlərinin olduğu modulun təhlükəsiz çıxarılması məqsədi daşıyıb.

Qeyd olunur ki, sınaq müddəti 4 dəqiqə 19 saniyə davam edib. Bu müddət ərzində modul 2700 metr hündürlüyə qalxıb, Benqal körfəzinin üzərindən uçub və paraşütlərlə yerə təhlükəsiz eniş edib.

AzNews.az