- Köhnə - Dünya
- 5 İyul 2018 13:50
- 4 619
Türkiyədə fövqəladə vəziyyət başa çatır
Türkiyədə 2016-cı ildən davam edən fövqəladə vəziyyət bu ay başa çatacaq.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Binəli Yıldırım deyib.
O qeyd edib ki, iyulun 9-u yeni hökumət formalaşdırılacaq və fövqəladə vəziyyət rejimi başa çatacaq.
Xatırladaq ki, fövqəladə vəziyyət rejimi Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra, 2016-cı il iyulun 21-də elan edilib.
AzNews.az