Kaliforniya ştatının Los-Anceles dairəsindəki Uestleyk rayonunda evlərdən birinə silahlı basqın edilib. Kaliforniya ştatının Los-Anceles dairəsindəki Uestleyk rayonunda evlərdən birinə silahlı basqın edilib.

Kaliforniyada evə silahlı basqın - Ölən və yaralılar var

Kaliforniya ştatının Los-Anceles dairəsindəki Uestleyk rayonunda evlərdən birinə silahlı basqın edilib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, silahlı basqın nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Telekanalın məlumatında evə azı 2 nəfər silahlının hücum edərək atəş açdığı və hadisə yerindən qaçdığı bildirilir. Bir qadın və bir kişi dərhal ölüb. Dörd nəfər yaralı xəstəxanaya aparılıb. Onlardan biri xəstəxanada keçinib. Üç nəfərdən ikisinin vəziyyəti ağırdır.

Cinayətkarların axtarışı davam etdirilir.