Yaponiyada “Aum Sinrike” dini sektanın lideri Syöko Asaxara edam edilib. Yaponiyada “Aum Sinrike” dini sektanın lideri Syöko Asaxara edam edilib.

Yaponiyada dini sektanın rəhbərləri edam edildi

Yaponiyada “Aum Sinrike” dini sektanın lideri Syöko Asaxara edam edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sektanın digər rəhbərləri – Kiyohido Hayakava, Tomomasa Nakaqava, Yosixiro İnoue və başqaları barəsində də çıxarılan edam hökmü icra edilib.

Ümumilikdə, ölümə məhkum olunan 13 şəxsdən 7-si asılaraq edam edildiyi bildirilir.

Qeyd edək ki, 50 minədək davamçı toplamış “Aum Sinrike” radikal dini sekta 1987-ci ildə Syöko Asaxara (əsl adı Tidzuo Matsumoto) tərəfindən yaradılıb.

1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli “zarin” qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb.

Hadisədən sonra sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb.

AzNews.az